Dünən Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka Bakı Dövlət Universitetində (BDU) olub. Qonağı qəbul edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov ona universitet haqqında məlumat verib, rəhbərlik etdiyi təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən, üzvü olduğu təşkilatlarla işbirliyindən danışıb. Universitetlə tanışlıq xarakteri daşıyan görüşdə BDU ilə Çexiya universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub və yeni istiqamətlər müəyyənləşib.
Səfir universitetin elmi-tədqiqat və tədris laboratoriyaları, o cümlədən, elmi mərkəzləri ilə tanış olub.
NURLAN