Bərdədə YAP-ın bölgə müşavirəsi olub

Dünən Bərdə şəhərində Yeni Azərbaycan Partiyasının Qarabağ bölgəsi üzrə rayon təşkilatlarının müşavirəsi keçirilib. Müşavirədə 8 rayon təşkilatından nümayəndələr iştirak edib. Müşavirə iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
YAP Bərdə rayon təşkilatının sədri Emin Calalov müşavirəni açıq elan edib və gündəlikdə duran məsələnin bələdiyyə seçkilərinə hazırlıqla bağlı olduğunu bildirib.
Müşavirədə Bərdə rayon İcra Hakimiyyətinin başçısı, YAP Bərdə rayon təşkilatı idarə heyətinin üzvü İlham Ağayev, YAP Ağcabədi rayon təşkilatının sədri Arif Quliyev, YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov, Milli Məclisin deputatlarından Tahir Rzayev, Sevindik Hətəmov və başqaları çıxış ediblər. YAP İcra Katibinin müavini Mübariz Qurbanlı müşavirədə geniş çıxış edib.