Bakıda keçirilən XVI beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransının ilk gününü əks etdirən ingilis və rus dillərində nəşr olunmuş jurnal dünən tədbir iştirakçılarına paylanıb. Nəfis tərtibatı ilə seçilən 28 səhifəlik jurnalda Azərbaycan Prezidenti İlham Əliyevin sərginin açılış mərasimindəki nitqi, xanımı Mehriban Əliyeva ilə birlikdə sərgi ilə tanışlığı, xarici qonaqlarla görüşlərini əks etdirən fotoşəkillər xüsusi yer tutur. ölkəmizdə həyata keçirilən neft-qaz layihələri, sərginin ayrı-ayrı pavilyonları haqqında materiallar, konfrans iştirakçılarının müsahibə, fikir və rəyləri, ABŞ-ın və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinin konfrans iştirakçılarının şərəfinə təşkil etdikləri qəbul, “Gülüstan” sarayında tədbir münasibətilə keçirilən ziyafət jurnalın səhifələrində geniş işıqlandırılıb.