Aprelin 5-də ABŞ Dövlət Departamentində keçirilmiş brifinqdə departamentin mətbuat katibinin müavini Mark Toner Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat verib. O deyib ki, Birləşmiş Ştatlar hər iki tərəfin atəşi dayandırmağı təsdiqləməsini alqışlayır və onları atəşkəs rejiminə sadiq qalmağa çağırır.
O qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin hərtərəfli nizamlanması üçün regiona yola düşməzdən əvvəl münaqişəyə dair məlumatın şərh edilməsi üçün Vyanada görüşüblər.