“Barselona” 21 yaşlı futbolçusu ilə müqaviləni yeniləyib

“Barselona” 21 yaşlı futbolçusu ilə müqaviləni yeniləyib

İspaniyanin “Barselona” komandası yarımmüdafiəçisi Mark Kasado ilə müqaviləni uzatmaq barədə prinsipial razılığa gəlib.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 21 yaşlı futbolçu daha 5 il Kataloniya təmsilçisinin formasını geyinəcək.

Futbolçunun hazırkı müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.

Mark Kasado La Liqa klubunun heyətində 37 oyunda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.