"Fənərbağça" basketbol klubu Avroliqanın qalibi olub

"Fənərbağça" basketbol klubu Avroliqanın qalibi olub

Basketbol üzrə Avroliqanın qalibi bəlli olub.

AZƏRTAC xəbər verir ki, final qarşılaşmasında Türkiyənin "Fənərbağça" klubu ilə Fransanın "Monako" komandası üz-üzə gəliblər.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində yerləşən” Etihad Arena”da keçirilən görüş İstanbul təmsilçisinin 81:70 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da "sarı-lacivərdlilər" ikinci dəfə Avroliqanın çempionu adına sahib çıxıblar.