“Real Madrid” Xabi Alonsonun təyinatını açıqlayıb

“Real Madrid” Xabi Alonsonun təyinatını açıqlayıb

İspaniyanın "Real Madrid" komandası yeni baş məşqçisini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bu vəzifəyə Xabi Alonso gətirilib. Onunla imzalanacaq müqavilə 2028-ci ilin yayınadək qüvvədə olacaq.

İspan mütəxəssis bu postda Karlo Ançelottini əvəzləyib.