“Fənərbağça”nın sabiq futbolçusu Yunanıstan klubundan ayrılıb

“Fənərbağça”nın sabiq futbolçusu Yunanıstan klubundan ayrılıb

Yunanıstanın “Panatinaikos” komandasında ayrılıq yaşanıb.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisi braziliyalı futbolçu Villian Arao ilə vidalaşıb. Yarımmüdafiəçi ilə başa çatan müqavilə uzadılmayıb.

V.Arao 2022-2023-cü illərdə “Fənərbağça”da çıxış edib.