Emin Mahmudov: “Heyətlə bağlı problemlər var”

Emin Mahmudov: “Heyətlə bağlı problemlər var”

“Komandada əhval-ruhiyyə yaxşıdır. Heyətlə bağlı bəzi problemlər var”. “Yeni Azərbaycan” xəbər verir ki, bu sözləri “Neftçi” klubunun kapitanı Emin Mahmudov deyib. 

Paytaxt təmsilçisi bu gün təlim-məşq toplanışına start verib. Bu barədə danışan E.Mahmudov bildirib ki, məşq prosesində hamı iştirak edə bilmir: “Bununla belə, ciddi hazırlaşırıq. İstəyirik ki, 3-4-cü dövrələrdə daha yaxşı oynayaq”.
 
Eddi İsrafilov və Azər Salahlının “Neftçi”yə keçidinə toxunan kapitanın fikrincə, hər iki futbolçu komandaya xeyir verəcək: “Bizə yerli oyunçular lazım idi. Hər ikisini yaxşı tanıyıram. Bundan sonra rəqabət artacaq”.