Salyanda yol qəzası olub, piyada ölüb

Salyanda yol qəzası olub, piyada ölüb

Salyan rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində piyada ölüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara avtomobil yolunun Çuxanlı kəndi ərazisindən keçən hissəsində baş verib. Yol qəzası zamanı ciddi xəsarətlər alan piyada E.Mədətov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.