Nərimanov rayonunda “Kalaşnikov” avtomatı aşkarlanıb

Nərimanov rayonunda “Kalaşnikov” avtomatı aşkarlanıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Kurbanov Kurbana məxsus 1 ədəd "Kalaşnikov" avtomatı və 5 ədəd patron Nərimanov rayonunda, "Elektromotor zavodu" adlanan əraziyə yaxın boşluq sahədə aşkar edilərək götürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Penitensiar Xidmətin mətbuat xidməti məlumat yayıb.

Faktla bağlı araşdırma aparılır.