Qubada qonaqlıqda 8 nəfər zəhərlənib

Qubada qonaqlıqda 8 nəfər zəhərlənib

Qubada 8 nəfər qidadan zəhərlənib. Hadisə rayonun Xucbala kəndində qonaqlıq zamanı baş verib. Zəhərlənən şəxslər Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qusar Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, fevralın 8-i saat 14 radələrində zəhərlənmə şübhəsi ilə 8 nəfər (2 kişi, 6 qadın) şəxs) xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara qida toksikoinfeksiya diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən şəxslərin vəziyyətləri orta ağır qiymətləndirilir.