Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də, Vətən müharibəsində əldə edilən Qələbənin 1-ci ildönümündə ölkəmizə səfər edəcək.
yeniazerbaycan.com “haberglobal”-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Zəfər Günü Azərbaycanda olacaq.
Səfər zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin Şuşadan bütün dünyaya bir daha qardaşlıq və birlik mesajı verəcəyi gözlənilir.