Ərdoğan: PUA-larımızla hər yerdə - Azərbaycanda, Qarabağda varıq

Ərdoğan: PUA-larımızla hər yerdə - Azərbaycanda, Qarabağda varıq

Türkiyə özünün pilotsuz uçuş aparatları (PUA) ilə hər yerdə mövcudluğunu qoruyur.

yeniazerbaycan.com türk mediasına istinadən xəbər verir ki, bunu bu gün İstanbulda parkın açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyə öz gücünü və etibarını diplomatiyadan hərb sahəsində geniş sahədə dosta və düşmənə qəbul etdirdi.

"PUA-larımızla hər yerdə varıq. Liviyada varıq, Azərbaycanda varıq, Qarabağda varıq. Suriyada terrorla mübarizə aparırıq" - deyə, Prezident vurğulayıb.