Bakıda Zəfər Günü ilə əlaqədar yürüşü keçirilib.
yeniazerbaycan.com-un məlumatına görə, saat 10-da hərbi orkestrin müşayiəti ilə başlayan yürüş Azneft dairəsindən “Ağ şəhər” bulvarınadək davam edib.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları isə Azərbaycan bayrağını yürüş marşrutu üzrə aparıblar. Yürüşü süvari dəstəsi müşayiət edib.
“Ağ şəhər” bulvarınadək davam edən yürüş “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan flaşmobla başa çatıb.