Azərbaycan Prezidenti İlham Əliyev Minskə səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev Minskə səfər edib

AzərTAc xəbər verir ki, oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarus Respublikasının paytaxtı Minskə səfərə gedib.
MDB-nin iştirakçısı olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyevi yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.