"Formula 1" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb.
Bir saat davam edən mübarizədə ən yaxşı nəticəni "Red Bull"dan Maks Ferstappen göstərib.
"Ferrari"dən Şarl Lekler ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres üçüncü olub.
İlk "beşliy"i müvafiq olaraq Leklerin komanda yoldaşı Karlos Sayns və "Mclaren"dən Lando Norris tamamlayıb.
“Haas”dan Kevin Maqnussen və "Alpin"dən Pyer Qasli yarışı sonadək davam etdirə bilməyiblər.
Müşfiqə