Təhsil Nazirliyində ümumtəhsil müəssisələrinin direktorları ilə videokonfrans keçirilib

Təhsil Nazirliyində ümumtəhsil müəssisələrinin direktorları ilə videokonfrans keçirilib

Avqustun 19-da Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ölkənin müxtəlif regionlarından olan 30-a yaxın ümumtəhsil müəssisəsinin direktorlarının iştirakı ilə videokonfrans keçirib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Məhəbbət Vəliyeva koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlərdən danışıb. Müxtəlif təkliflər, o cümlədən Təhsil İnstitutu tərəfindən verilmiş ssenarilər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib. Görüş zamanı çıxış edən direktorlar 2020-2021-ci tədris ili ilə bağlı öz təkliflərini bildirib, onlarda yaranan sualları səsləndiriblər.
Qeyd edək ki, görüşün nəticələri təlimatların və metodik göstərişlərin hazırlanmasında nəzərə alınacaq.