Zimbabve prezidenti Emmerson Mnanqaqva Sakit Okeanda suyun səthinin temperaturu yüksəldiyi üçün yaratdığı quraqlıqla bağlı xəbərdarlıq elan edib.
"Yeni Azərbaycan" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində səhifəsində məlumat verib.
“Biz zərər çəkmiş icmalara kömək etmək və bu fəlakətin təsirini azaltmaq üçün resursları səfərbər edirik. Bu çətin günlərdə həmrəyik”, - deyə Afrika ölkəsinin lideri bildirib.
Məlumatda o da qeyd olunur ki, quraqlıq səbəbindən 2,7 milyon insan 2024-cü ildə ərzaq çatışmazlığı ilə üz-üzə qalacaq.
Havar Şəfiyeva