İyirmidən çox jurnalist Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin qurbanı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.
“Media işçiləri Qəzza zolağında İsrailin hava hücumları və elektrik enerjisinin kəsilməsi fonunda münaqişəni işıqlandırarkən xüsusilə yüksək risklərlə üzləşirlər”, - təşkilatın məlumatında belə deyilir.
Komitə bildirib ki, həlak olan 22 jurnalistdən 18-i fələstinli, 3-ü israilli, biri isə livanlıdır. Bundan əlavə, səkkiz media işçisi yaralanıb, daha üç nəfər itkin düşüb və ya həbs olunub.