Venesuela hakimiyyəti ölkənin 2024-cü ildə BRICS-ə qoşulacağına ümid etdiyini bildirib. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Delsi Rodriqes bildirib.
“Bu, hegemonluğun olmadığı beynəlxalq hüquqa hörmət üzərində qurulmuş dünyaya aparan yoldur” - deyə qeyd edib.
Bundan əvvəl Venesuela prezidenti Nikolas Maduro bildirib ki, ölkə artıq BRİKS-ə qoşulmaq yolundadır və tezliklə bu beynəlxalq assosiasiyaya qəbul oluna bilər.
Xatırladaq ki, Venesuela 2023-cü ilin avqustunda BRİKS-ə üzv olmaq üçün müraciət edib.
Havar Şəfiyeva