Türkiyədə yay yağışlarının miqdarı əhəmiyyətli dərəcədə azalıb

Türkiyədə yay yağışlarının miqdarı əhəmiyyətli dərəcədə azalıb

Türkiyədə yay mövsümündə yağıntıların miqdarının uzun illərin orta hesablamasına görə 9 faiz, ötən il ilə müqayisədə isə 30 faiz azaldığı müəyyən edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Hidrometeorologiya İdarəsi məlumat yayıb.

Hesablamalara görə, bu il ölkə üzrə yay fəslində yağan yağışın miqdarı 66 faiz azalıb. Aralıq dənizi və Şərqi Anadolu bölgələrində yağıntının miqdarının artmasına baxmayaraq, Mərmərə bölgəsində son 21 ilin ən aşağı səviyyəli yağıntısı qeydə alınıb.