Türkiyə ABŞ-dan İraq və Suriyada Ankara tərəfindən terrorçu kimi tanınan kürd qruplarına dəstəyi dayandırmasını gözləyir. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyindəki mənbəyə istinadən TRT telekanalı məlumat yayıb.
“ABŞ İslam Dövləti ilə mübarizə bəhanəsi ilə Kürdüstan Fəhlə Partiyası, Xalq Müdafiə Qüvvələri və Suriya Demokratik Qüvvələri terror təşkilatlarına dəstəyini davam etdirir”, - deyə telekanal sitat gətirir.
Mənbənin sözlərinə görə, terrorçularla mübarizə terrorçuların köməyi ilə aparıla bilməz və buna görə də Müdafiə Nazirliyi dost ölkələri, o cümlədən ABŞ-ı terror təşkilatlarına yardım və dəstəyi dayandırmağa və onlara səmimi yardım göstərməyə çağırıb.
Müdafiə Nazirliyi həmçinin bəyan edib ki, İraqla antiterror məsələlərində daimi əməkdaşlıq qurulub və bu, Ankaranın apardığı antiterror mübarizəsinə müsbət təsir göstərə bilər.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin İraqda genişmiqyaslı quru hərbi əməliyyatı keçirməyi planlaşdırdığı məlum olub.
Havar Şəfiyeva