Tramp Avropanı Ukraynaya ABŞ qədər pul xərcləməyə çağırıb

Tramp Avropanı Ukraynaya ABŞ qədər pul xərcləməyə çağırıb

Havar Şəfiyeva

 ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Avropa Ukraynanın maliyyələşdirilməsinə daha çox pul xərcləməlidir. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə o, "Newsmax" -a müsahibəsində bildirib.

Jurnalistlər Trampdan yenidən prezident seçiləcəyi təqdirdə Ukraynaya ayrılan maliyyəni kəsmək niyyətində olub-olmadığını soruşublar. Buna cavab olaraq Tramp Avropanı Ukraynaya ABŞ-la eyni məbləğdə pul xərcləməyə çağırıb.

“Avropa Ukraynaya təxminən 100 milyard dollar az xərcləyir. Bu, Amerikaya qarşı ədalətsizlikdir”, - deyə siyasətçi bildirib.