Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciət edib.
O, müraciətində paytaxtda, xalqla birlikdə qalacağını bildirib.
Qazaxıstan prezidenti həmçinin bu gündən etibarən Təhlükəsizlik Şurasına sədrlik edəcək.
“Bu, dövlətimizin təhlükəsizliyi məsələsidir. Əminəm ki, xalq məni dəstəkləyəcək. Xalqın yanında olmaq mənim konstitusion borcumdur. Qazaxıstan tarixindəki bu qara zolağı birlikdə aşacağıq. Gəlin bu məsələdən güclü çıxaq”, - o bildirib.
Dövlət başçısı hüquq-mühafizə orqanları əməkdaşları arasında itkilərin də olduğunu açıqlayıb.
Kasım-Jomart Tokayev həmçinin bildirib ki, yaxın vaxtlarda yeni təkliflər paketi açıqlanacaq.