Tacikistandakı zəlzələ zamanı 17 evə ziyan dəyib

Tacikistandakı zəlzələ zamanı 17 evə ziyan dəyib

Tacikistanda 5,9 bal gücündə zəlzələ olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Xucənd şəhərindən 170 km cənubda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ ölkənin Raşt bölgəsində 17 evə ziyan vurub.

Məlumata görə, həlak olan yoxdur.