“Reuters”in məlumatına görə, Almaniyada irqçiliyə qarşı genişmiqyaslı aksiyalar keçirilir. Etirazçılar, əsas etibarilə, irqçilik, islamofobiya kimi neqativ hallara qarşı çıxış ediblər, məscidlərə və sığınacaqlara hücumlar pislənib.
Mənbənin məlumatına əsasən, buna paralel olaraq Lübek şəhərində “Qərbin islamlaşmasına qarşı vətənpərvər avropalılar” (PEGİDA) təşkilatı tərəfdarları da aksiya keçiriblər. Qruplar arasında toqquşmaların qarşısını almaq üçün şəhərə əlavə polis qüvvələri cəlb olunub. Buna baxmayaraq, PEGİDA tərəfdarları qarşı tərəfə daş və dəyənəklərlə hücuma keçiblər. Polis insidentin qarşısını almaq üçün səs bombaları və gözyaşardıcı qazdan istifadə edib.