“Reuters”in məlumatına görə, Avropada davam edən etiraz aksiyalarının miqyası genişlənməkdədir. Belçikanın paytaxtı Brüsseldə keçirilən kütləvi etiraz aksiyası daha da şiddətlənib. Nümayişçilər əməkhaqlarının artırılması, yeni tarif sazişinin imzalanması və daşınma xərclərinin azadılmasını tələb ediblər. Aksiyaçılar ölkədə daşınma qiymətləri ilə bağlı hökumətin tətbiq etdiyi yeni islahatların ləğv edilməsini tələb ediblər. Hökumət binası qarşısına yürüş təşkil edən aksiyaçılarla polis arasında qarşıdurma baş verib.