ABŞ-da irqi zəmində növbəti cinayət faktı qeydə alınıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Cənubi Karolina ştatında polis qaradərili vətəndaşı atəş açaraq öldürüb. Şimali Çarlston şəhərində baş vermiş hadisə bu ölkə mediasının diqqət mərkəzindədir. Ölkə mediası bu hadisələrlə bağlı həyəcan təbili çalır. Diqqətə çatdırılır ki, irqi-dini motivlərlə əlaqədar baş vermiş hadisələrdən sonra vətəndaşların hüquq-mühafizə orqanlarına, xüsusilə də asayiş keşikçilərinə qarşı hiddəti artıb. Ona görə də, hadisələrin daha kəskin xarakter alacağı gözlənilir.