Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiyanın ərazisindəki "Xanskaya" hərbi aerodromuna hava hücumu təşkil edərək, 2 qırıcı təyyarəni və silah-sursat daşıyan avtomobil karvanını vurub.

Bu barədə AZƏRTAC UTX-yə istinadla xəbər verir.

Məlumata görə, UTX-nin "Alfa" Xüsusi Əməliyyatlar Mərkəzinin dronları cəbhə xəttindən təxminən 500 kilometr məsafədə yerləşən Rusiya hava bazasına zərbə endirib.

Bildirilir ki, bazada Su-35 çoxməqsədli qırıcı (təxminən 100 milyon dollar ixrac dəyəri ilə), Su-34 qırıcı-bombardmançı təyyarəsi (təxminən 50 milyon dollar ixrac dəyəri ilə) və silah-sursat daşıyan avtomobil karvanı vurulub.

Hər iki döyüş təyyarəsi Rusiya ordusunun Ukraynanın ön mövqelərini və cəbhə xətttində yerləşən şəhərlərini atəşə tutmaq üçün gündəlik istifadə etdiyi idarəolunan hava bombalarının əsas daşıyıcısıdır.