BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbə gedə bilməyib.

AZƏRTAC xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik bildirib.

Onun sözlərinə görə, ötən il dünyada məktəb yaşında olan 13,1 milyon qaçqın uşağın 44 faizi təhsildən kənarda qalıb. Maliyyələşdirmənin azalması qaçqın uşaqların təhsilində əldə olunan irəliləyişə təhlükə yaradır.

Dujarrik qeyd edib ki, 2025-ci ildə qaçqınların ali təhsilə qəbul səviyyəsi rekord həddə - 11 faizə çatıb. Beləliklə, 450 mindən çox qaçqın ilk dəfə ali təhsil müəssisələrinə qəbul olunub.