Sankt-Peterburqun dörd rayonunda pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində mülki infrastruktur obyektlərində yaranan yanğınların söndürülməsi istiqamətində işlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə şəhər qubernatoru Aleksandr Beqlov məlumat verib.
Qubernator "Telegram" kanalında bildirib ki, yanğınlar Nevski, Krasnoselski, Krasnoqvardeyski və Moskva rayonlarında qeydə alınıb. O, şəxsən rəhbərlik etdiyi operativ qərargahın şəhər xidmətlərinin fəaliyyətini və idarələrarası əməkdaşlığı koordinasiya etdiyini bildirib.
A. Beqlovun sözlərinə görə, hadisə nəticəsində tələfat və xəsarət alan olmayıb.
Xatırladaq ki, bundan əvvəl Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko region səmasında 95 dronun vurularaq zərərsizləşdirildiyini açıqlamışdı.