Rusiya XİN başçısının birinci müavini vəzifəsindən azad edilib

Rusiya XİN başçısının birinci müavini vəzifəsindən azad edilib

Rusiya Prezidenti Vladimir Putin xarici işlər nazirinin birinci müavini Vladimir Titovu tutduğu vəzifədən azad edib.

Bu barədə TASS məlumat yayıb.

Onun vəzifədən azad edilməsinin səbəbi açıqlanmayıb.

Titov 2013-cü ilin aprel ayından bu postda çalışırdı və Avropa ölkələri ilə əlaqələrə, eləcə də inzibati məsələlərə görə məsul olub.