Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TİTR) potensialının artırılması məqsədilə Qazaxıstanın Nəqliyyat Nazirliyi Aktau və Kurık dəniz limanları vasitəsilə yükdaşımaların artırılması istiqamətində işləri davam etdirir.
AZƏRTAC Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, cari ilin 4 ayının yekunlarına əsasən, bu marşrut üzrə nəqliyyatın hərəkətində 15 faiz artım olub.
Kurık limanından yük maşınlarının daşınması 34 faiz, Aktau limanı ilə konteynerlərin daşınması isə 27 faiz artıb.
Bundan başqa, Çindən Avropa İttifaqı ölkələrinə konteynerlərin tranzitində də 3,4 dəfə artım qeydə alınıb.