Polşa müxalifəti Varşavada hökumət əleyhinə mitinq keçirib

Polşa müxalifəti Varşavada hökumət əleyhinə mitinq keçirib

Polşanın ən böyük müxalifət partiyası Qanun və Ədalət  Varşavanın mərkəzində hökumət əleyhinə mitinq keçirir. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Qeyd olunur ki, etirazçılar Polşanın baş naziri Donald Tuskun rəhbərlik etdiyi hakim koalisiyanın hərəkətlərinə, yəni bir sıra keçmiş məmurların cinayət təqibinə və dövlət mediasının redaksiya siyasətinə qarşı çıxırlar.


Havar Şəfiyeva