Peruda ticarət mərkəzinin damı uçub, 6 nəfər ölüb

Peruda ticarət mərkəzinin damı uçub, 6 nəfər ölüb

Perunun şimal-qərbində yerləşən Trujillo şəhərində ticarət mərkəzinin damının uçması nəticəsində azı 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb. AZƏRTAC xəbər verir ki, bu barədə RPP radiostansiyası məlumat yayıb.

Peru Baş Prokurorluğu hadisəni araşdırır.

Versiyalardan birinə görə, çökməyə yağış sularının damda yığılması səbəb ola bilər.