İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağının Rəfah şəhərində hərbi əməliyyat keçirmək planını təsdiqləyib. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə “Reuters” baş nazirin ofisinə istinadən məlumat yayıb.
Bildirilir ki, İsrail Müdafiə Qüvvələri şəhərdən mülki şəxsləri təxliyə etməyə hazırlaşır.
Qeyd edək ki, bundan əvvəl İsrailin baş naziri Netanyahu ölkəsinin geri çəkilmək fikrində olmadığını və Rəfahda quru əməliyyatı keçirməyi planlaşdırdığını bildirmişdi. O əlavə edib ki, Ramazan ayında atəşkəs olmayacaq, çünki Həmas İsrailliləri girov saxlayır.
Havar Şəfiyeva