Misirin paytaxtı Qahirə şəhərində yaşayış binasının çökməsi nəticəsində 9 nəfər ölüb, 4 nəfər yaralanıb.
AZƏRTAC “Əl-Əhrəm”ə istinadən xəbər verir ki, əraziyə mülki müdafiə və xilasetmə qrupları cəlb olunub. Ərazidə nəqliyyatın hərəkəti dayandırılıb.
Dağıntılar altından sağ çıxarılanlar bədənlərinin müxtəlif hissələrinin zədələnməsi ilə xəstəxanaya yerləşdirilib.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.