Media: İsrail HƏMAS-a müvəqqəti atəşkəs təklif edib

Media: İsrail HƏMAS-a müvəqqəti atəşkəs təklif edib

İsrail Misir vasitəsilə Fələstinin HƏMAS hərəkatına Qəzza zolağında atəşi müvəqqəti dayandırmaq və davamlı atəşkəsə nail olmaq üçün danışıqlara başlamaq təklifini çatdırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Misir artıq İsrailin təşəbbüsü ilə bağlı hərəkatı məlumatlandırıb və yaxın vaxtlarda onların cavabını gözləyir.