ABŞ-ın Şimali Atlantika Alyansına qoyduğu sərmayə digər NATO üzvlərinə nisbətən daha yüksəkdir. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə amerikalı sahibkar və milyarder İlon Mask özünün "X" sosial şəbəkəsində məlumat verib.
“ABŞ-ın NATO-ya verdiyi üzvlük haqqı digər müttəfiqlərdən absurd dərəcədə yüksəkdir. Nə üçün Amerika vergi ödəyiciləri Avropanın müdafiəsi üçün pul ödəyirlər, halbuki Avropa özü bunu tam şəkildə yerinə yetirməyə qadirdir” – deyə o bildirib.
Havar Şəfiyeva