Mask inkar etdi

Mask inkar etdi

Amerikalı sahibkar İlon Mask ABŞ-ın keçmiş prezidenti və prezidentliyə namizəd Donald Trampa ayda rekord məbləğdə - 45 milyon dollar ianə edəcəyi ilə bağlı xəbərləri təkzib edib. "Yeni Azərbayan" xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki "X" səhifəsində bildirib.

Daha əvvəl “The Wall Street Journal” mənbələrə istinadən xəbər vermişdi ki, amerikalı milyarder kampaniyaya hər ay təxminən 45 milyon dollar ayırmağı planlaşdırır. Nəşrin məlumatına görə, vəsaiti  "PAC" adlı siyasi fəaliyyət komitəsi alacaq.
 

Havar Şəfiyeva