ABŞ-ın vitse-prezidenti Kamala Harris artıq ölkəni effektiv şəkildə idarə etməyə başlayıb, çünki Ağ Evin rəhbəri Co Bayden nadir hallarda iş yerində görünür. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə amerikalı milyarder İlon Mask özünün "X" sosial şəbəkə hesabında məlumat verib.
"Və hələ Harris böyük işlər görə bilirsə, niyə vitse-prezident kimi bunu etməyib? Bayden nadir hallarda iş yerində görünür, ona görə də o, əslində artıq ABŞ-ı idarə edir”, - deyə biznesmen qeyd edib.
Eyni zamanda Mask vurğulayıb ki, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Harrisin görəcəyindən daha çox yaxşı iş görəcək.
Havar Şəfiyeva