Macarıstanda ilk dəfə qadın prezident seçilib

Macarıstanda ilk dəfə qadın prezident seçilib

Macarıstanda Katalin Novak ölkə prezidenti seçilib.

Onun namizədliyini parlamentdə deputatların üçdə iki hissəsi dəstəkləyib.

K.Novak Macarıstanda tarixində ilk qadın prezident olacaq.

O, bu vəzifədə hazırkı prezident Yanoş Aderi əvəz edəcək. Y.Aderin səlahiyyət müddəti mayın 10-da başa çatacaq.

Katalin Novak bunadək Macarıstanın ailə məsələləri üzrə naziri vəzifəsində işləyib.