Rusiyanın xarici işlər naziri Sergey Lavrov Malayziyaya səfər edib. "Yeni Azərbaycan" xəbər verir ki, TASS onun təyyarəsinin ölkənin paytaxtı Kuala-Lumpura endiyi barədə məlumat verib.
“Sergey Lavrovun təyyarəsi Kuala Lumpur hava limanına enib. Səfərin təfərrüatları açıqlanmayıb”, - məlumatda deyilir.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Laosda bir sıra görüşlərdən sonra Malayziyaya səfər edir. İyulun 26-27-də Vyetnamda Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına üzv ölkələrin xarici işlər nazirləri ilə Şərqi Asiya Sammitinin iştirakçıları arasında danışıqlar keçirilib. Laosun paytaxtında keçirilən tədbirlərdə ABŞ dövlət katibi Entoni Blinken də iştirak edib.
Havar Şəfiyeva