Kubanın ABŞ-dəki səfirliyinə hücum olub

Kubanın ABŞ-dəki səfirliyinə hücum olub

Bazar günü naməlum şəxs Kubanın Vaşinqtondakı səfirliyinə iki “Molotov kokteyli” atıb.

Bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilla sosial şəbəkədə bildirib.

“Kubanın ABŞ-dəki səfirliyi iki “Molotov kokteyl”i atan şəxs tərəfindən törədilən terror aktının hədəfinə çevrilib. Diplomatik missiyanın əməkdaşları arasında itki yoxdur", - nazir deyib.

Diplomat qeyd edib ki, bu, 2020-ci ildən bəri Kubanın ABŞ-dəki diplomatik missiyasına ikinci hücumdur.