Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin arasında danışıqlar çox yaxşı keçdi. "Yeni Azərbaycan" TASS - a istinadən xəbər verir ki, bu barədə dövlət başçılarının görüşünün yekunlarına dair Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
“Danışıqlar çox yaxşı keçdi, bir çox məsələlər müzakirə olundu. Təbii ki, əksəriyyət ticarət-iqtisadi sahədə olub, lakin bəzi xarici siyasət mövzuları da müzakirə olunub”.
Xatırladaq ki, mayın 16-da Vladimir Putin və Si Cinpin arasında danışıqlar aparılıb və Pekində aparılan danışıqlardan sonra hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə dair birgə bəyanat qəbul edilib.
Havar Şəfiyeva