Kreml: Fevralın sonuna qədər Putinlə Trampın danışıqları baş tuta bilər

Kreml: Fevralın sonuna qədər Putinlə Trampın danışıqları baş tuta bilər

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın danışıqları fevralın sonuna qədər və ya daha sonra baş tuta bilər.

“Yeni Azərbaycan” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, prezidentlərin görüşünün təşkili müəyyən vaxt və Rusiya Xarici İşlər Nazirliyinin xətti üzrə hazırlıq tələb edəcək.

Havar Şəfiyeva