Dekabrın 13-nə keçən gecə paytaxt Kiyevə edilən ballistik raketlərlə hücum nəticəsində xəsarət alan mülki şəxslərin sayı 53 nəfərə çatıb, onlardan 7-si uşaqdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev şəhər Hərbi Administrasiyası məlumat verib.
Ukrayna Hərbi Hava Qüvvələrinin yaydığı məlumata görə, dekabrın 13-də Ukraynaya pilotsuz hücum təyyarələri və raketlərlə hücum edilib. Hava hücumundan müdafiə qüvvələri 20 hədəfin hamısını vurub.