Kiyev ballistik raketlərlə vurulub, xəsarət alanlar var

Kiyev ballistik raketlərlə vurulub, xəsarət alanlar var

Rusiya ordusunun iyulun 8-nə keçən gecədən etibarən Kiyevə həyata keçirdiyi intensiv hava hücumu nəticəsində 2 nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko teleqram kanalında paylaşım edib.

Onun sözlərinə görə, Kiyevin bəzi ərazilərində elektrik enerjisinin verilişi dayanıb.