Livan İsrail ərazisinə onlarla raket atdı. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri Telegram kanalında məlumat yayıb.
“Bir müddət əvvəl Yuxarı Qaliley və Qolan təpələri ərazilərində səslənən sirenlərdən sonra Livan ərazisindən 55-ə yaxın raketin uçduğu qeydə alınıb. Mərmilərin bir hissəsi zərərsizləşdirsə də, qalanları açıq ərazilərə düşüb”, - deyə nəşr qeyd edir.
O da qeyd olunur ki, mərmilərin düşməsi səbəbindən bəzi ərazilərdə yanğınlar baş verib. Hazırda xilasetmə xidmətləri və yanğınsöndürənlər onların söndürülməsi üçün çalışırlar.
Havar Şəfiyeva